Yan 12, 2016 09:45 Asia/Baku
  • Rusiya qazının Avropaya ixracı artıb
    Rusiya qazının Avropaya ixracı artıb

Rusiyada ən böyük qaz istehsal edən şirkət bildirib ki, ötən il Avropaya qaz ixracatı 8 faiz artıb.

Röyters-in məlumatına görə, Rusiyada ən böyük qaz istehsal edən şirkət olan Qazprom bildirib ki, Avropada qaz istehsalının azalmasının ardınca ötən il bu şirkətin boru kəməri vasitəsilə Avropaya qaz ixracatı 8 faiz artıb.

Bu mənbə əlavə edib: Qazprom-un icraçı müdiri Aleksey Miller deyib ki, Türkiyəyə və keçmiş SSRİ-nin respublikalarından olmuş üç Balkan ölkəsi çıxılmaqla Avropa İttifaqına qaz ixracatı 2014-cü ildəki 147 milyard 200 milyon kub metrdən 2015-ci ildə 159 milyard 400 milyon kub metrədək artıbdır.

Miller əlavə edib ki, Avropaya qaz ixracatının artması "Nord Stream-2" qaz kəməri təsisinin vacibliyinə bir təkid sayılır.

Teqlər