Avropada güc mərkəzləri Tramp erasından nigarandırlar
Yazıçı Con Stplinq avropalıların kütlə meyilli hərəkatların güclənəcəyindən nigaran olduqlarını deyib.
PressTv-nin verdiyi məlumata görə, Con Stplinq deyib: Tramp barədə söylənilən nigarançılıqlar daha çox Avropanın maliyyə mərkəzi, eləcə də NATO tərəfindən səsləndirilir. Trampın NATO-dakı müttəfiqlərindən özlərini müdafiəyə daha çox vəsait ayırmalarını istəməsi ehtimal olunur. Bu da, avropalıları nigaran edir. Avropalıların nigaran qalmalarının əsas səbəbi bundan ibarətdir ki, Britaniya xalqının AB-dən çıxmağa səs verməsindən və ABŞ-da Trampın prezident seçilməsindən sonra bu dalğa digər Avropa ölkələrinə də yayıla bilər. Onlar Avropada kütlə meyilli və sağçı hərəkatların, o cümlədən Lopenin başçılıq etdiyi Fransanın milli cəbhəsinin güclənəcəyindən və yeni hərəkatın hakimiyyətdə olan neoliberal sistemi, beynəlxalq maliyyə fondlarını təhlükəyə atacağından qorxurlar.