Avropalı nəzarətçilər qondarma Dağlıq Qarabağ Respublikasındakı referendumda iştirak ediblər
-
Avropalı nəzarətçilər qondarma Dağlıq Qarabağ Respublikasındakı referendumda iştirak ediblər
Əsas qanunun islahatı üzrə referenduma nəzarət üçün Qarabağa səfər etmiş xarici nəzarətçilər qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Baqo Sahakyan ilə görüşüblər.
Erməni mənbələrin məlumatına görə, Baqo Sahakyan əsas qanunun islahatı üzrə referenduma nəzarət üçün Qarabağa səfər etmiş Avropa Parlamenti, Bolqarıstan parlamenti, eləcə də qondarma Abxaziya və Cənubi Osetiya respublikaları parlamentlərinin nümayəndələrilə görüşdə xarici nəzarətçilərin ikitərəfli əlaqələrin inkişafı, həmçinin qondarma Dağlıq Qarabağ Respublikasındakı reallıqlar barədə düzgün təsvirin təqdimi və demokratik orqanların möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını mühüm dəyərləndirib.
Əsas qanun üzrə üçüncü referendumda qondarma Dağlıq Qarabağ Respublikasının hökumət quruluşunun parlament sistemindən "mütləq prezidentlik" sisteminə dəyişdirilməsi, Qarabağın adının Artsax-la əvəz olunması və prezidentə daha çox ixtiyarın verilməsi kimi islahatlar nəzərdə tutulub.