Polşa Ukraynanın şərq bölgələrinin Rusiya ərazisinə ilhaq edilməsini ehtimal edib
https://azeri.sahartv.ir/news/dünya-i261318-polşa_ukraynanın_şərq_bölgələrinin_rusiya_ərazisinə_ilhaq_edilməsini_ehtimal_edib
Polşa Radiosu internet portalı məlumat verib ki, bu ölkə xarici işlər naziri Ukraynaya səfərində çox ehtimalla Rusiyanın Donbass bölgəsini öz ərazisinə ilhaq etmək niyyətində olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2017 15:32 Asia/Baku
  • Polşa Ukraynanın şərq bölgələrinin Rusiya ərazisinə ilhaq edilməsini ehtimal edib
    Polşa Ukraynanın şərq bölgələrinin Rusiya ərazisinə ilhaq edilməsini ehtimal edib

Polşa Radiosu internet portalı məlumat verib ki, bu ölkə xarici işlər naziri Ukraynaya səfərində çox ehtimalla Rusiyanın Donbass bölgəsini öz ərazisinə ilhaq etmək niyyətində olduğunu deyib.

Vitold Vaşikovski çərşənbə günü ukraynalı həmkarı ilə görüşdən sonra bu istiqamətdə fikir mübadiləsini növbəti Varşava səfərində davam etdirəcək. 

Vaşikovski Pavlo Klimkinlə görüşdən sonra mətbuat konfransında deyib: Donbass bölgəsinin durumu acınacaqlı olmaqdadır. Çünki Rusiya Minsk protokoluna sadiq deyil. 

O əlavə edib: Çox ehtimalla Rusiya Krımdan sonra Donbassı da öz ərazisinə ilhaq etmək istəyir. Rusiya şəxsiyyət vəsiqəsi və pasportlar vermək və Ukraynanın əmlakını ələ keçirmək və Donbassı bu ölkədən ayırmaqla məşğuldur. Vəziyyət çox təhlükəlidir. 2014-cü il apreldən sonra Ukrayanın şərq bölgələri, xüsusilə də Donbassda hökumət və separatçı rusyönlülər arasında qarşıdurma başlayıb. Minsk atəşkəs protokolunun olmasına baxmayaraq, qarşıdurmalar ara-sıra davam edir.