BAT ABŞ və İngiltərəni tənqid edib
Beynəlxalq Amnistiya Təşkilatı Amerika və İngiltərəni səud rejiminə silahlar satmaq yolu ilə Yəməndə insan haqlarını təhlükəli tərzdə pozmaqda ittiham edib.
IRIB-nin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının regional ofisində araşdırma üzrə direktor müavini Lin Məəluf bu gün Livanda vurğulayıb ki, Amerika və İngiltərə milyardlarla dollar silahın səud rejiminə köçürülməsi prosesi ilə mülkilər üçün dağıdıcı böhrana səbəb olan insan haqlarının təhlükəli tərzdə pozulmasını şiddətləndirirlər və bu hərəkət bu böhranla geniş səviyyədə mübarizə üçün bütün humanitar səylərə zərər vurur.
Lin Məəluf əlavə edib: Ərəbistanın Yəmənə qarşı hücumunun başlanmasından bəri Vaşinqton və London Ərəbistana bütövlükdə beş milyard dollar dəyərində silah ixrac ediblər ki, bu da üç milyon nəfərin öz evindən qaçmasına və minlərlə yəmənli mülkinin həyatının məhvinə səbəb olubdur.
Beynəlxalq Amnistiya Təşkilatının regional ofisində araşdırma üzrə direktor müavini sonra deyib: Ərəbistanın Yəmənə hücumu səbəb olub ki, on səkkiz milyon yəmənli zəruri şəkildə yardıma ehtiyaclı olsun.
Amerika, İngiltərə və Fransa özlərinin silah şirkətlərinin fəaliyyətlərinin davam etməsi, mənfəətlərinin artması, eləcə də öz vətəndaşlarından minlərlə nəfərin silah şirkətlərində işləməsi çərçivəsində səud rejiminin Yəmənə qarşı 24 aylıq bombardman zamanı törətdiyi cinayət və faciələrə gözlərini yumublar.
Ərəbistan 2015-ci ilin martından ABŞ-ın və Qərb ölkələrinin dəstəyilə Yəmənə qarşı təcavüzə başlayıb və bu ölkənin qadın və uşaqlarını qanlarına qəltan edibdir.