Ağ Ev: Bəşşar Əsədin prezidentliyi ilə bağlı gerçəkliyi qəbul etmək lazımdır
https://azeri.sahartv.ir/news/dünya-i264262-ağ_ev_bəşşar_Əsədin_prezidentliyi_ilə_bağlı_gerçəkliyi_qəbul_etmək_lazımdır
Ağ Evin sözçüsü cümə günü mətbuat konfransında 6 il davam edən savaşın sonunda Bəşşar Əsədi devirməyin mümkün olmadığına işarə edərək, deyib: Suriyanın siyasi gerçəkliyini qəbul və Bəşşar Əsədə hörmət etmək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2017 06:16 Asia/Baku
  • Ağ Ev: Bəşşar Əsədin prezidentliyi ilə bağlı gerçəkliyi qəbul etmək lazımdır

Ağ Evin sözçüsü cümə günü mətbuat konfransında 6 il davam edən savaşın sonunda Bəşşar Əsədi devirməyin mümkün olmadığına işarə edərək, deyib: Suriyanın siyasi gerçəkliyini qəbul və Bəşşar Əsədə hörmət etmək lazımdır.

İRİB-nin verdiyi məlumata görə, Şon Spayser deyib: Vaşinqton keçmiş hökumətin zamanında Əsədi devirmək üçün bir çox fürsəti itirmiş olub. 

Spayser həmçinin, Amerikanın Suriya və İraqda mühüm prioritetlərə malik olduğunu və terrorizm ilə mübarizənin xüsusi ilə də İŞİD-in məğlub edilməsinin bu prioritetlərin başında gəldiyini deyib. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli də cümə axşamı Vaşinqtonun Suriya ilə bağlı siyasətlərinə dəyişiklik etdiyini bildirmiş və demişdi: Əsədi devirmək artıq Vaşinqton üçün prioritet sayılmır. 

Suriya böhranı 2011-ci ildə Amerika, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların iri miqyaslı hücumu ilə başlandı. Əsas məqsəd isə Suriya prezidenti Bəşşar Əsədi hakimiyyətdən kənarlaşdırmaq idi.