May 07, 2017 09:12 Asia/Baku
  • Papa:
    Papa: "Bütün bombaların anası" adından istifadə utancgətiricidir

Dünya katoliklərinin rəhbəri son zamanlar Amerikanın Əfqanıstanın şərqində sınaqdan keçirdiyi bomba üçün "Bütün bombaların anası" adından istifadə edilməsini utancgətirici adlandırıb.

IRIB-nin məlumatına görə, Roma papası Fransis şənbə günü Amerikanın qalmaqallı prezidenti Donald Trampın Vatikana səfəri ərəfəsində vurğulayıb ki, bu bombanın adından xəcalət çəkir, zira "ananın adı həyatverirci, bomba isə ölümgətiricidir.

Amerika ordusu aprelin 13-də özünün ən iri qeyri-nüvə bombasını Əfqanıstanın Nəngərhar vilayətində yerləşən Açın şəhərinin ətrafında sınaqdan keçirdi ki, nəticədə onlarla insan həlak oldu.

Bu bombadan istifadə Əfqanıstan xalqı arasında qorxu və dəhşət hissi yaratmışdı.

Papa Fransis bundan öncə də Meksika sərhədində divarın çəkilməsi daxil olmaqla Tramp hökumətinin düşmənçilik siyasətlərini tənqid etmiş və bildirmişdi ki, körpüdən deyil, divardan söz açan bir şəxs xristian deyildir.

Teqlər