İyul 28, 2017 20:56 Asia/Baku
  • ABŞ hökuməti
    ABŞ hökuməti "nüvə anlaşması" dilemmasını çözə bilmir

ABŞ hökuməti İran ilə nüvə anlaşmasından çıxmağa çalışsa da, bu yolda öz müttəfiqlərinin razılığını əldə edə bilmir və atacağı yanlış addımın məsuliyyətlərindən çıxış yolu tapmaq üçün çarəsiz şəkildə çırpınır.

ABŞ hökuməti nüvə anlaşmasından çıxmaq istəyir. Amma, bu yanlış addımın səbəb olacağı mənfi nəticələrin məsuliyyətindən boyun qaçırtmaq üçün yeni bəhanələr tapmağa və olacaqlarda Tehranı müqəssir qələmə verməyə çalışır.

 

Donald Tramp – ABŞ prezidenti:

Bu anlaşma İrana cəsarət verib və bu vəziyyət bundan artıq davam etməyəcək.

Əgər İran nüvə anlaşmasına sadiq qalarsa, bu məni təəccübləndirəcək.

 

Görəsən nə üçün nüvə anlaşmasının ömrünün uzun olmayacağını proqnoz etdi?

Bu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Krokerin planıdır. O, deyir: Elə etməliyik ki, İran fakt qarşısında qalmış olsun.

 

Bob Kroker – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri:

Bu anlaşmanı cırıb atmaq üçün müttəfiqlərimizin dəstəyini əldə etməliyik. Əgər anlaşmanı pozmaq istəyiriksə, burda müqəssir tərəf ABŞ yox, İran olmalıdır.

 

Amma, bunu necə etmək olar? Nyu-York Universitetinin müəllimi Koks deyir:

 

Koks – Nyu-York Universitetinin müəllimi:

İran ilə nüvə anlaşması Amerikada problemli bir məsələyə çevrilib. Hökumət, bu anlaşmanın ABŞ üçün təhlükəli olduğunu sübut etməyə çalışır. Amma, bu məsələdə Avropanın dəstəyinə malik deyil. Trampın bəzi müşavirləri isə ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra İranın reaksiyaları ilə bağlı nigarandırlar.

 

Bu sualın cavabını Ağ Evdən gələn xəbərlərdə və Fox Nyus-un yaydığı məlumatda axtarmaq lazımdır.

Fox Nyus-un bildirdiyinə görə, Amerika şübhəli adlandırdığı İranın bəzi hərbi bazalarına baxışın keçirilməsini istəyir.

Çox güman ki, elə bu məsələlər və Amerikanın İrana qarşı son sanksiyaları və təhdidləri İran xarici işlər nazirinin bir müddət öncə BMT baş katibi Antonio Quterreş ilə görüşdə müzakirə etdiyi məsələlərdən olub.

 

Məhəmməd Cavad Zərif – İran xarici işlər naziri:

Nüvə anlaşmasının icra prosesinin araşdırılması baxımından çox yaxşı bir görüş oldu. Əməkdaşlıq üçün bir çox ortaq baxışlar mövcuddur.

 

Avropa və BMT nüvə anlaşması ətrafında cərəyan edən məsələləri nigaranlıqla izlədikləri halda, Tram ABŞ dövlət katibi Rex Tillersonu nüvə anlaşması qarşısında daha məntiqli və düşünülmüş addımın atılmasına təkid etdiyi üçün, məzuniyyətə göndərib.

Hələlik, 3 ay sonra nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi zamanı ABŞ-ın daha nə kimi bəhanəlar uyduracağı zamanı gözləmək lazımdır.

 

 

 

Teqlər