Avq 08, 2017 11:32 Asia/Baku
  • ABŞ-da əhali Ağ evə etimadsızdır
    ABŞ-da əhali Ağ evə etimadsızdır

CNN telekanalı bildirib ki, son rəy sorğularının nəticələrinə görə, amerikanların 75 faizi Ağ evə etimadsızdır.

CNN telekanalının internet portalının verdiyi məlumata görə, bu telekanalla SSRS rəysorğusu müəssisəsinin həyata keçirdikləri müştərək rəysorğusunun nəticələrinə görə, Donald Trampın prezidentliyindən keçən 200 gün ərzində onun reytinqi düşməkdə davam edir. 

Bu rəysorğusuna görə, Trampın reytinqi onun hakimiyyətə gəlməsindən ötən son altı ayda minimuma enib və amerikalıların dörddə üçü artıq Ağ evdən eşitdiklərinə inanmırlar. 

Bu məlumata görə, Trampın reytinqi 56 faizə enib. 

CNN-in rəysorğusunun nəticələrinə görə, amerikanların sadəcə dörddə bir hissəsi başqa sözlə 24 faizi Ağ ev rəsmilərinin dediklərinə inandıqlarını bildiriblər. 

Bu rəysorğusu Avqust ayının 3-6-da mindən çox ABŞ vətəndaşının iştirakı ilə keçirilib. 

Rəysorğusunda iştirak edənlər bildiriblər ki, Donald Tramp Ağ evə daxil olandan bəri onun etdikləri və söylədikləri onun prezident kimi qabiliyyətləri barədə ciddi nigarançılıqlara səbəb olub. 

 

Teqlər