Hyustonda əhali evakuasiya edilib
https://azeri.sahartv.ir/news/dünya-i281088-hyustonda_əhali_evakuasiya_edilib
ABŞ-ın Texas ştatının Hyuston şəhərinin meri Harvi qasırğasından xilas edilənlərin sayının 3 min nəfərdən çox olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 12:19 Asia/Baku
  • Hyustonda əhali evakuasiya edilib
    Hyustonda əhali evakuasiya edilib

ABŞ-ın Texas ştatının Hyuston şəhərinin meri Harvi qasırğasından xilas edilənlərin sayının 3 min nəfərdən çox olduğunu bildirib.

APTN telekanalının verdiyi məlumata görə, Hyuston meri Silvestr Terner deyib: Daşğın və qasırğadan qaçanları daşıyan qayıqları şəhərin hər yerində müşahidə etmək olar və Hyustonun əsas küçəsi okeana daha çox oxşayır. 

Hyuston şəhərinin rəhbərlərinin dediklərinə görə, hal-hazırda 100 mindən çox abunentin işığı kəsilib və suyun səviyyəsinin yüksək olduğuna görə bu problemin həlli hələlik mümkün deyil. 

Texasın qonşuluğunda yerləşən Luiziyana ştatına da qasırğanın yayılması nəticəsində bu ştatda da fövqəladə vəziyyət elan edilib. 

Havri qasırğası saatda 215 km sürətlə cümə axşam Texas ştatını əhatə etdi və əldə olunan məlumatlara görə, bu hadisədə azı 8 nəfər ölüb.