Britaniyada əhalinin yarısı növbəti Brixit referendumu ilə razıdır
https://azeri.sahartv.ir/news/dünya-i283665-britaniyada_əhalinin_yarısı_növbəti_brixit_referendumu_ilə_razıdır
Son rəy sorğularının nəticələrinə görə, Britaniyada əhalinin yarısı bu ölkənin Avropa Birliyindən çıxması üzrə 2-ci Brixit referendumunun keçirilməsi ilə razıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 13:37 Asia/Baku
  • Britaniyada əhalinin yarısı növbəti Brixit referendumu ilə razıdır
    Britaniyada əhalinin yarısı növbəti Brixit referendumu ilə razıdır

Son rəy sorğularının nəticələrinə görə, Britaniyada əhalinin yarısı bu ölkənin Avropa Birliyindən çıxması üzrə 2-ci Brixit referendumunun keçirilməsi ilə razıdır.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Politiko jurnalının həyata keçirdiyi rəy sorğusunun nəticələri göstərir ki, son aylar ərzində Brixit müzakirələrinin uğursuzluğunu nəzərə alaraq Britaniya xalqının 51 faizi referendumun təkrar keçirilməsi ilə razıdır. 

Bu rəy sorğusuna görə, sadəcə əhalinin 46 faizi müzakirələrin nəticələrinə ümid bəsləyir. 

London Brusselə keçid dövründə 50 milyard pond ödəməyi  təklif edir ki, Britaniya xalqı bu məbləğin ödənilməsinin əleyhinədir.