Okt 11, 2017 17:13 Asia/Baku
  • Ağ Ev işçiləri Trampın psixi problemlərindən beziblər
    Ağ Ev işçiləri Trampın psixi problemlərindən beziblər

Ağ Ev işçiləri ABŞ prezidenti Donald Trampın psixi problemlərindən cana gəliblər.

Britaniyanın İndependet qəzetinin internet portalının məlumatına görə, Ağ Ev işçiləri Donald Trampı həmişə qaynamaqda olan qazana bənzədiblər. 

Ağ Ev rəsmiləri deyiblər: Trampın davranışı həmişə əsəbi və sərtdir. Xüsusilə də son günlərdə Puerto-Riko böhranı ilə davranış metodları tənqidlərə səbəb olub. Eləcə də Respublikaçı nüfuzlu senator Bob Korker bildirib ki, Tramp ABŞ-ı III Dünya Müharibəsinə doğru yönəldir. 

İndependent yazır ki, Trampın Ağ Evdəki yaxınları onun bu tənqidlər və söz atışmalarından bezdiyini deyirlər.

Məlumata görə, Trampın Ağ Ev işçilərinin rəhbəri Con Keli ilə əlaqələri ciddi şəkildə korlanıb. Con Keli Prezidentin ofisində nizam-intizamı bərpa etməli idi. 

Teqlər