BMT Myanma dövlətini qınadı
Okt 18, 2017 13:04 Asia/Baku
BMT çərşənbə axşamı Ruhinqa müsəlmanlarının durumunu təəssüfləndirici adlandıraraq, Myanma dövlətinin bu ölkə müsəlmanlarına humanitar yardımların göndərilməsinə icazə verməməsini qınayıb.
İRNA-nın məlumatına görə, BMT baş katibinin müavini Cefri Feltman Myanmaya olan səfəri və bu ölkə başçıları ilə görüşlərinin ardınca Myanma dövlətinin bu ölkə müsəlmanlarına humanitar yardımların göndərilməsinə mane olmasını tənqid edib.
Cefri Feltman cümə günü Myanmaya səfər etmişdi.
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Myanmaya olan 5 günlük səfəri zamanı bu ölkə başçılarını Ruhinqa müsəlmanlarına humanitar yardımların göndərilməsinə razı sala bilməyib.