Trampın qərarının icrası durduruldu \ Ağ Ev reaksiya verdi
Okt 19, 2017 00:23 Asia/Baku
Ağ Ev ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı yeni qərarının ləğv edilməsinə reaksiya olaraq, bu hərəkəti ölkənin təhlükəsizliyi üçün təhdid adlandırıb.
İRNA-nın məlumatına görə, Ağ Ev çərşənbə günü bir bəyanat yayaraq, Havay Ştatı Federal Məhkəməsinin çıxartdığı qərarı ABŞ-ın təhlükəsizliyi üçün bir təhdiddir.
Havay Ştatının federal məhkəmə hakimi Derrik Vatson ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı yeni qərarını Amerika qanunlarına zidd adlandırıb və onun icrasını dayandırıb.