ABŞ terrorçuların kimyəvi silahdan istifadə etməsini etiraf etdi
https://azeri.sahartv.ir/news/dünya-i285481-abŞ_terrorçuların_kimyəvi_silahdan_istifadə_etməsini_etiraf_etdi
Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Dövlət Departamenti Suriyada terrorçuların kimyəvi silahlardan istifadə etməsini ilk dəfə olaraq etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 12:18 Asia/Baku
  • ABŞ terrorçuların kimyəvi silahdan istifadə etməsini etiraf etdi
    ABŞ terrorçuların kimyəvi silahdan istifadə etməsini etiraf etdi

Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Dövlət Departamenti Suriyada terrorçuların kimyəvi silahlardan istifadə etməsini ilk dəfə olaraq etiraf edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Bu ilk dəfədir ki, ABŞ Təhrirüş-Şam Heyəti adlı terror qruplaşmasının kimyəvi silahdan istifadə etməsini etiraf edir.

Konaşenkov həmçinin əlavə edib: Bununla belə, bundan öncə ABŞ Dövlət Departamenti Suriya ordusu qüvvələrini kimyəvi silahlardan istifadə etməkdə suçlayırdı.