Papa Fransis nəhayət Ruhinqa müsəlmanlarını rəsmən tanıyıb
https://azeri.sahartv.ir/news/dünya-i288009-papa_fransis_nəhayət_ruhinqa_müsəlmanlarını_rəsmən_tanıyıb
Dünya katoliklərinin rəhbəri papa Fransis nəhayət bir qədər öncəyə qədər "bir neçə yüz min nəfərlik bir qrup" adlandırdığı Ruhinqa müsəlmanlarını rəsmən tanıyıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 18:14 Asia/Baku
  • Papa Fransis nəhayət Ruhinqa müsəlmanlarını rəsmən tanıyıb
    Papa Fransis nəhayət Ruhinqa müsəlmanlarını rəsmən tanıyıb

Dünya katoliklərinin rəhbəri papa Fransis nəhayət bir qədər öncəyə qədər "bir neçə yüz min nəfərlik bir qrup" adlandırdığı Ruhinqa müsəlmanlarını rəsmən tanıyıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Roma Papası cümə günü Banqladeşin paytaxtı Daka şəhərində Ruhinqa müsəlmanları ilə görüşdükdən sonra, nəhayət Myanma dövləti tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalan bu insanlara öz adları ilə xitabə edərək "Ruhinqa Müsəlmanları" ifadəsindən istifadə edib. 

Papa Fransis bundan öncə "Ruhinqa Müsəlmanları" ifadəsini işlətməkdən çəkinərək, onlar barəsində danışarkən "Raxin didərginləri" və ya " 620 min nəfərlik qrup" ifadələrindən istifadə edirdi.