Sel nəticəsində Argentina və Boliviyada minlərlə nəfər evsiz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i294649-sel_nəticəsində_argentina_və_boliviyada_minlərlə_nəfər_evsiz_qalıb
Son bir neçə gündə Argentina və Boliviyanın bəzi məntəqələrində geniş selin baş verməsi azı altı nəfərin həlak olması və minlərlə ailənin evsiz qalmasına səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2018 17:12 Asia/Baku
  • Sel nəticəsində Argentina və Boliviyada minlərlə nəfər evsiz qalıb
    Sel nəticəsində Argentina və Boliviyada minlərlə nəfər evsiz qalıb

Son bir neçə gündə Argentina və Boliviyanın bəzi məntəqələrində geniş selin baş verməsi azı altı nəfərin həlak olması və minlərlə ailənin evsiz qalmasına səbəb olubdur.

İndiyədək güclü leysan və sel səbəbindən Boliviyada azı altı nəfər həyatını itirib.

Həmçinin Boliviyada, Braziliya ilə sərhəd məntəqəsində 3100-dən çox ailə evsiz qalıbdır.

Bu məlumata görə, bu məntəqədə iri miqdarda kənd təsərrüfatı məhsulu məhv olub.

Argentinada da güclü leysan və sel səbəbindən azı on min nəfər öz evini boşaltmağa məcbur olub.

Belə bir halda, güclü leysan və sel üzündən altmış min nəfər də Argentinanın Boliviya ilə şimal sərhədində ciddi problemlərlə üzləşibdir.