Tillerson Rusiyanı keçmiş rus agenti zəhərləməkdə ittiham edib
Mart 13, 2018 15:23 Asia/Baku
ABŞ-ın dövlət katibi Rusiyanı İngiltərədəki keçmiş rus agentin zəhərləndirilməsi amili adlandırıb.
Reks Tillerson dünən axşam deyib: Vaşinqton təkid edir ki, İngiltərədəki keçmiş rus agent- Sergey Skripalın zəhərlənməsində böyük ehtimala qarşı Moskvanın əli olubdur.
Reks Tillerson əlavə edib: Keçmiş rus agentə qarşı bu cinayəti işləmiş kəs və bu hərəkət barədə göstəriş vermiş şəxs cəzalandırılmalıdırlar.
Sergey Skripal və onun qızı iki həftə bundan öncə bir zəhərli maddə ilə təmas nəticəsində huşsuz şəkildə bir skamyada tapılaraq, İngiltərənin cənubundakı xəstəxanaya yatırıldılar.