Ruhinqa didərginlərinin həyat şəraiti ağırlaşıb
https://azeri.sahartv.ir/news/dünya-i302488-ruhinqa_didərginlərinin_həyat_şəraiti_ağırlaşıb
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı Cenevrədə, Banqladeşin "Kakes bazar" məntəqəsində yerləşən Ruhinqa didərginlərinin həyat şəraitinin ağırlaşması ilə bağlı nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2018 12:22 Asia/Baku
  • Ruhinqa didərginlərinin həyat şəraiti ağırlaşıb
    Ruhinqa didərginlərinin həyat şəraiti ağırlaşıb

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı Cenevrədə, Banqladeşin "Kakes bazar" məntəqəsində yerləşən Ruhinqa didərginlərinin həyat şəraitinin ağırlaşması ilə bağlı nigarançılıq edib.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı elə bir halda Banqladeşin "Kakes bazar" məntəqəsində yerləşən Ruhinqa didərginlərinin həyat şəraitinin ağırlaşması ilə bağlı nigarançılıq edir ki, indiyədək Myanmanın ordu qüvvələri və ifratçı buddistlərin onlara qarşı geniş cinayətləri minlərlə nəfərin həlak olması və ya yaralanması, həmçinin yüz minlərlə nəfərin didərgin düşməsilə nəticələnibdir.

Banqladeşdə musson yağışlarının başlanması ilə, beynəlxalq yardım qüvvələri "Kakes bazar" məntəqəsində yerləşən Ruhinqa didərginləri düşərgələrinin təhlükəsizliyinin gücləndirilməsi üzrə səylərini artırmaqdadırlar, amma bu məntəqədə sel və yer sürüşməsinin baş verməsilə bağlı böyük nigarançılıqlar mövcuddur ki, olmaya, bu dəfə Banqladeş ərazisində istənilmədən digər bir soyqırımı baş vermiş olsun.