May 13, 2018 09:59 Asia/Baku
  • Gürcüstanda etirazçılar baş nazirin istefa verməsini istədi

Gürcüstanın paytaxtı Tifliş şəhəri habelə, ölkənin daha iki iri şəhəri olan Batumi və Zuqdidi şəhərlərində polisin gecə klublarında həyata keçirdiyi əməliyyatlardan qəzəblənmiş xalq hökumət əleyhinə aksiyalar keçirib.

İRNA-nın verdiyi məlumata görə, etiraz aksiyalarında iştirak edənlər baş nazir Georgi Kvrikaşvili və daxili işlər naziri Georgi Gaxarinin istefa verməsini tələb edib. 

Aksiya iştirakçıları xüsusi təyinatlı qüvvələrin şənbə günü Tiflisdə iki gecə klubuna etdiyi basqın zamanı klubda olan gənclərə qarşı qanunsuz şəkildə güc tətbiq etdiyini bildiriblər. 

Qəzəblənmiş xalq kütləsi tələblərinin yerinə yetirilmədiyi zamana kimi etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. 

Gürcüstan polisi şənbə günü Tiflisdə iki gecə klubuna basqın edib. Bu əməliyyatda məqsədin narkotik ticarəti ilə məşğul olanların saxlanılması elan edilib. 

Gürcüstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, polis əməliyyatı zamanı 8 narkotik satıcısı həbs edilib. 

Tiflisdəki gecə klublarında narkotikdən istifadə nəticəsində bir neçə gəncin həyatını itirməsinin ardınca Gürcüstan polisi belə bir əməliyyat həyata keçirmək qərarına gəlib. 

Teqlər