İyul 11, 2018 11:44 Asia/Baku
  • Yaponiyada leysan yağışlarında ölənlərin sayı artıb
    Yaponiyada leysan yağışlarında ölənlərin sayı artıb

Yaponiyada leysan yağışlarında ölənlərin sayı 179 nəfərə çatıb.

Yaponiyanın baş naziri Şinzo Abe bu gün bu ölkənin qərbində zərər çəkmiş məntəqəyə gedib. Orada leysan yağışları və torpaq sürüşməsi nəticəsində azı 179 nəfər həyatını itirib.

Belçika və Fransa daxil olmaqla dörd ölkəyə səfərini ləğv edən Abe bu gün səhər tezdən Tokiodan, Xirosima ilə yanaşı Yaponiyanın ən çox zərər çəkmiş əyalətlərindən olan Okayama əyalətinə yola düşüb. 

Yaponiyanın baş naziri zərər çəkmiş məkanlara baş çəkəcək.

Yaponiya rəsmiləri deyirlər ki, hazırda 179 ölüm halının qeyd olunmasından əlavə, məntəqə sakinlərindən olan azı doqquz nəfərdən heç bir xəbər yoxdur.

Medialar da bu yağıntılar zamanı 50-60 nəfərin itkin düşməsindən xəbər verirlər.

1982-ci ildən bəri bu, arxipelaqda meteorologiya fenomeni ilə bağlı ən böyük faciədir.

Ölkə başçılarının hazırladıqları sığınacaqlarda seldən zərər çəkmiş minlərlə nəfər məskunlaşdırılıbdır və qohumları tərəfindən qarşılanan bəzi digərləri isə öz gələcəkləri barədə suallar verirlər. Bu məntəqədə havanın temperaturu 35 dərəcədən yuxarıdır.

75 minə yaxın polis qüvvəsi, yanğınsöndürən, Yaponiya ordusunun əsgəri və sahil qvardiyasının qüvvəsi hadisə qurbanlarının yardımına gəlibdir.

Hökumət sözçüsünün dediklərinə görə, temperaturun 35 dərəcədən yuxarı olmasına rəğmən, axtarış və təmizləmə əməliyyatları davam edir və bu günəşli hava minimum bir həftəyədək davam edəcək.

O, vurğulayıb ki, günəş işığının şiddətlə saçması, havanın hərarətinin yüksək olması, eləcə də yerin bir daha sürüşməsi ehtimalından irəli gələn problemlər qarşısında olduqca sayıq olmaq lazımdır.

Üç gün ərzində misli görünməmş leysan yağışı dəhşətli sellər, yer sürüşməsi və digər başlıca zərərlərlə müşayiət olunub və məntəqə sakinlərindən bir çoxunu öz tələsinə salıbdır.

Teqlər