Yaponiyada dağıdıcı seldən salamat qurtaranlara yardımlar davam edir
Yaponiyanın qərbində baş vermiş seldən irəli gələn dağıntılardan salamat qurtaranlara yardımlar davam edir.
Yaponiyanın qərbində yerləşən və seldən zərər çəkmiş Kuraşiki şəhərinin bəzi sakinləri mənzillərini təmizləmək üçün öz evlərinə geri dönüblər, amma bu şəhər sakinlərindən minlərlə nəfər hələ də təxliyyə mərkəzlərində yardım gözləyir.
Son onilliklərdə misli görünməmiş bu daşqının törətdiyi tələfatın miqdarı iki yüz nəfəri ötüb keçibdir, halbuki hələ də onlarla nəfər itkindir.
Bir neçə gün güclü leysan yağışlarından sonra nəhayət Yaponiyanın qərbində göyün üzü açılıbdır.
Məntəqə sakinləri bu fürsətdən öz evlərinə geri dönmək üçün istifadə edİblər. Lakin bu təbii fəlakətin vurduğu zərərlər məntəqədəki bir çox evi yararsız vəziyyətə salıbdır.
Adətən Yaponiyada faciə baş verərkən zəncirvari satış mərkəzləri hadisədən salamat qurtaranların müraciət etdikləri ilk məkan olur. Ancaq bu dəfə zəncirvari satış mərkəzləri də tam şəkildə dağılıbdır. Bu viranedici daşqından sonra əhalinin ilkin ehtiyacları, o sıradan su, qida maddələri və digər məhsullar defisit vəziyyətinə düşübdür.