Ağ Evin yeni tamaşası; İran silahları Vaşinqtonda
ABŞ İrana qarşı qarapiyar siyasətin davamında bir daha Tehranı Yəmənə silah göndərməkdə ittiham edib.
Soyuq müharibə dövrünün başa çatmasından xüsusilə də 11 sentyabr hadisəsindən sonra “terrorizm ilə mübarizə” bəhanəsi ilə Əfqanıstan və İraqı işğal edən, yaratdığı terrorçu qruplaşmalar ilə İraq və Suriyanı xarabalığa çevirən və Yəməndə müdafiəsiz insanları qırğın etməsi üçün Ərəbistanı hərtərəfli formada dəstəkləyən ABŞ hökuməti diqqətləri öz cinayətlərindən yayındırmaq üçün bütün problemlərin səbəbkarı olaraq İranı göstərməyə çalışır.
Nadir bir hadisədə, ABŞ-ın paytaxtı Vaşinqtonda İranın ən son hərbi nailiyyətlərindən ibarət bir anbar aşkar edilib.
ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk bir hərbi bazaya gedərək, İranın özündə olmayan amma, İrana aid olduğu deyilən hərbi təchizatların təqdimatında iştirak edib.
İsrail, BƏƏ və Bəhreyn səfirlərinin də iştirak etdiyi bu tamaşada Brayan Huk İranı istədiyi formada silah ixrac edən düşmən bir ölkə adlandırıb.
Brayan Huk qarşısında dayandığı və “Səyyad” adlandırdığı raketin də İrana aid olduğunu deyərək, bu iddiasını əsaslandırmaq üçün raketin üzərindəki fars dilində yazılmış yazıya istinad edib: “Bu raketin üzərindəki yazının farsca olmasından aydın olur ki, İran Təhlükəsizlik Şurasının qətnamələrinə heç bir əhəmiyyət vermir.”
Amma, Huk İranın qaçaq yolla göndərdiyi silahların üzərindəki yazıları nə üçün pozmadığına işarə etməyib: “Mənim qarşımda İranın istehsal etdiyi 3 növ anti-tank raketinin iki nümunəsi var: Tufan və Tusan”
Bu tamaşada Talibanın Amerikaya çatdırdığı “Fəcr” raketi də nümayiş etdirildi: “Bu raketlər Qəndəharda Əfqanıstan hərbçiləri tərəfindən aşkar və zəbt edilib. Bu raketlər Talibanın ixtiyarında olub.”
Snyaper tüfəngləri, RPG-lər, pulemyotlar və əl qumbaralarını üzərlərinə farsca yazılmış adlar ilə nümayiş etdirərək, İranı Yaxın Şərqdə böhran ocağı kimi qələmə verməyə səy göstəriblər: “Bu gün təqdim etdiyimiz silahlar İranın regiondakı destruktiv gücünün nişanəsidir.”
Əlbəttə, bu, amerikalıların ilk tamaşası deyildi. Bir müddət öncə Niki Heyli də guya Yəməndə ələ keçirildiyini iddia etdiyi raket parçasının İrana aid olduğunu demişdi. Artıq bir-iki ildir ki, ABŞ rəsmiləri və İsrail başçıları bu kimi tamaşalar təşkil edərək, İranı regionda böhran və gərginlik amili olaraq qələmə verməyə çalışırlar. Amma, onların “Sağmal İnəyi” tərəfindən Yəməndə qırğın edilən uşaqlar haqda heç bir tamaşa təşkil etmirlər. Bu tamaşaların heç birində Əfqanıstanda toy mərasimlərini yasa çevirən raketləri və PUA-larını nümayiş etdirmirlər. İŞİD terrorçularına paraşütlər ilə atdıqları silahlarla Suriyanı necə viran etdiklərindən də söz açmırlar.