Belçikada iqlim siyasətlərinə etiraz
BMT-nin qlobal istiləşmə ilə bağlı iclasının Polşada işə başlaması ilə bir vaxtda minlərlə nəfər Brüsseldə aksiya keçirib.
İRİB-nin verdiyi məlumata görə, minlərlə nəfər bazar günü Belçikanın paytaxtı Brüsseldə aksiya keçirərək, Belçika hökumətindən iqlim dəyişiklikləri qarşısındakı öhdəliklərinə əməl etməsin istəyib.
Aksiya iştirakçıları 2015-ci il Paris iqlim anlaşması qarşısındakı öhdəliklərin həyata keçirilməsini istəyiblər. Paris iqlim anlaşmasına əsasən, məhdudlaşdırıcı siyasətlər ilə qlobal istiləşmənin önlənilməsinə səy göstərilməli və bu yolla Yer kürəsinin ümumi temperaturu 1.5 dərəcə aşağı salınmalıdır.
Aksiya iştirakçıları həmçinin, yenilənən enerji resurslarından istifadəyə daha artıq diqqətin göstərilməsi, tullantıların yenidən emal edilməsi və daha təmiz hava şüarları veriblər.
Şənbə günü Polşanın Katovits şəhərində işə başlayan və iki həftə davam edəcək BMT-nin iqlim dəyişiklikləri iclasında qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə mübarizə yolları müzakirə ediləcək.
Qlobal istilaşmə və iqlim dəyişiklikləri ilə bağlı nigaranlıqlara baxmayaraq, ABŞ hökuməti 2017-ci ildə Paris İqlim Anlaşmasından çıxdığını elan etdi. 195 ölkə Paris İqlim Anlaşmasını imzalayıb.