Yan 12, 2019 14:13 Asia/Baku
  • Fransa polisi
    Fransa polisi "sarı jiletlilər"ə qarşı tədbirlərə hazır olduğunu bildirib

Fransa polisi "sarı jiletlilər"-in etiraz aksiyasına qarşı tam hazır vəziyyətə gətirilib.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Fransa baş naziri Eduard Filip "sarı jiletlilər"-in etiraz aksiyalarına qarşı 80 min polis qüvvəsinin hazır vəziyyətə gətirilməsindən xəbər verib. 

Bu məlumata görə, Parisdə nizam-intizamın təmini məsuliyyəti sadəcə 5 min polisin üzərinə düşür. 

"sarı jiletlilər" etiraz aksiyalarının 9-cu həftəsində bütün Fransa boyu aksiyalar keçirmək niyyətindədirlər.

Fransa Daxili İşlər Nazirliyinin proqnozuna əsasən Paris və ətraf rayonların aksiyalarında 50 mindən çox adam iştirak edəcək.  

Teqlər