Türkiyədən ABŞ-a sərt cavab
https://azeri.sahartv.ir/news/dünya-i341059-türkiyədən_abŞ_a_sərt_cavab
Türkiyənin müdafiə naziri Ankaranın Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərardan vaz keçməsi üçün ABŞ-ın ultimatumunu rədd etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2019 07:07 Asia/Baku
  • Türkiyədən ABŞ-a sərt cavab
    Türkiyədən ABŞ-a sərt cavab

Türkiyənin müdafiə naziri Ankaranın Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərardan vaz keçməsi üçün ABŞ-ın ultimatumunu rədd etdi.

İTAR Tass bildirir: Türkiyənin müdafiə naziri Hülusi Akar cümə axşamı ABŞ-ın verdiyi ultimatuma cavab olaraq dedi: Ankara Rusiyadan S-400 raket sistemi almasına görə ABŞ-ın sanksiyaları ilə üzləşməyə hazırdır. 

Amerika Türkiyəyə Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərarından vaz keçməsi əvəzində, Amerikadan "Patriot" raketləri alması üçün 2 həfət möhlət verib. 

ABŞ Türkiyənin Rusiyadan S-400 raket sisteminin alınmasına dair qərarına yenidən baxmayacağı təqdirdə, Türkiyədə F-35 qırıcıları üçün detalların istehsalı prosesini dayandıracağını və Türkiyəyə qırıcı təyyarə verməyəcəyini bildirib. 

Ankara Rusiyadan S-400 raket sisteminin alınmasına dair Moskva ilə müqavilə imzalayıb.  Rusiyadan alınacaq 4 ədəd S-400 raket sisteminin dəyəri 2.5 milyard dollardır. 

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon bildirib ki, NATO ölkələri Rusiya istehsalı olan silahlar almamalıdırlar. 

Pentaqonun qənaətiə görə, Rusiyanın S-400 raket sistemi F-35 qırıcılarına qarşı casusluq imkanına malikdir və ABŞ istehsalı olan bu qırıcılara dair məlumatlar Rusiya ordusunun əlinə keçə bilər.