İngiltərənin daxili işlər naziri Assanjı Amerikaya təhvil verməklə razılaşıb
İngiltərənin daxili işlər naziri ifşaçı "Vikiliks" saytının təsisçisinin Amerikaya ekstradisiyası hökmünü imzalayıb.
İngiltərənin daxili işlər naziri Sacid Cavidin qərarının ardınca ifşaçı "Vikiliks" saytının təsisçisi Culian Assanjın Amerikaya təhvil verilməsi barədə yekun qərar sabah keçiriləcək məhkəmə iclasında çıxarılacaq.
İngiltərə hökuməti təsdiq edib ki, Amerikanın ədliyyə nazirliyi rəsmən Culian Assanjın bu ölkəyə ekstradisiya edilməsini istəyibdir.
Amerika Assanjı on səkkiz əməldə, o sıradan dövlət kompüterlərinə daxil olmaq və gizli dövlət sənədlərini oğurlayaraq, yaymaqda ittiham edibdir.
Assanj Ekvadorun Londondakı səfirliyində yeddi il qaldıqdan sonra sığınacağının Ekvador hökuməti tərəfindən rədd olunması ilə bu il aprelin on birində İngiltərədə həbs olundu.