İyun 14, 2019 09:50 Asia/Baku
  • Yüzlərlə amerikan şirkət Trampın Çinlə ticarət savaşına son qoyulmasını istəyib

600-dən amerikan şirkət bu ölkənin prezidenti Donald Trampa ünvanladığı bir məktubda ondan Çinlə ticarət ixtilaflarını həll etməsini istəyib.

Amerikalı şirkətlər iki ölkə arasında gömrük tarifləri savaşının artması ilə bağlı nigarançılıq edib və vurğulayıblar ki, gömrük tarifləri Çinin ticarət sahəsindəki rəftarını dəyişmək üçün münasib bir vasitə deyildir.

Məktubun müəllifləri bildiriblər ki, tariflərin tətbiqinə görə, vergiləri ağırlığı Çinin yox, məhz amerikalı şirkətlərin çiyninə düşür.

Bu məktub elə bir halda yazılıbdır ki, ehtimal üzrə ABŞ və Çin prezidentləri iyunun 28-i və 29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək 20-lər qrupunun iclasının kənarında bir-biriləri ilə görüşsünlər.

Tramp 20-lər qrupunun iclasında Si Tszinpin ilə görüşü barədə deyib ki, əgər Çin prezidenti onunla görüşə hazır olmazsa, 300 milyard dollar dəyərində olan Çin mallarına 25 faizlik rüsumu dərhal həyata keçirəcəkdir.

Amerika-Çin ticarət qarşıdurması Donald Trampın 2018-ci ilin mart ayında Çindən idxal edilən mallara, o cümlədən polad və alüminiuma gömrük rüsumunun artırılmasına dair qərarının ardınca başlanıbdır.

 

 

Teqlər