Pompeo: INF bitdi
ABŞ-ın dövlət katibi bu ölkənin rəsmən qısa və orta mənzilli nüvə raketlərinin məhv edilməsi müqaviləsindən çıxdığını bildirib.
ABŞ dövlət katibi Mayk Pompeo bu gün öz şəxsi twitter səhifəsində Rusiyanın INF müqaviləsinə sadiq qalmaması barədəki iddianı təkrarlayaraq, yazıb: 2019-cu il fevralın 2-də Amerika Rusiyaya altı ay fürsət verdi ki, bu müqaviləyə sadiq qalmaq yoluna qayıtsın. Rusiya müxalifət etdi. Bəs, bu müqavilə bu gün başa çatır.
Pompeo bu təhlükəsizlik paktının dağılmasının məsuliyyətini Rusiyanın boynuna yıxaraq, iddia edibdir ki, Amerika qarşı tərəfin pozduğu bir müqavilənin bir hissəsi olmaycaqdır. Rusiya bu müqavilənin dağılmasının yeganə müqəssiridir.
Pompeonun twitter elanı ilə bir zamanda Rusiya xarici işlər nazirliyi də bəyanat yayaraq, bu ölkənin qeyd olunan müahidədən rəsmən çıxdığını elan edibdir.
NATO da bugünkü olaylara reaksiyada iddia edib ki, Rusiya hökumətini bu müqavilənin dağılmasında müqəssir bilir və Moskvanın bu müahidədən çıxmasına cavab verəcəkdir.
Amerikanın və SSRİ-nin ozamankı başçıları 1987-ci ildə qısa və orta mənzilli nüvə raketlərinin məhv edilməsi müqaviləsi- INF-i imzaladılar.
Bu müqavilə Vaşinqtona və Moskvaya Avropada ballistik və kruz raketlərini yerləşdirməyi qadağan edirdi.