Avropalılar Türkiyənin Suriyadakı hərbi əməliyyatına etiraz ediblər
-
Avropalılar Türkiyənin Suriyadakı hərbi əməliyyatına etiraz ediblər
Minlərlə avropalı vətəndaş dünən Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatına etiraz olaraq, küçələrə çıxıb.
Fransa, Almaniya, Yunanıstan, İsveç və Belçika xalqları öz ölkələrinin küçə və prospektlərində etiraz aksiyaları keçirərək, Türkiyənin Suriyanın şimalına qarşı hücumlarının tez bir zamanda dayandırılmasını istəyiblər.
Türkiyə ordusunun hərbi əməliyyatı ABŞ hökumətinin yaşıl çırağı ilə oktyabrın 9-da başlanıb.
Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı beynəlxalq səviyyədə pislənibdir.
Suriya rəsmiləri vurğulayıblar ki, suriyalılar özlərinin ərazi bütövlükləri və suverenliklərini müdafiə edəcəklər.
Suriya demokratik qüvvələri, başqa sözlə, Suriya kürdləri də bildiriblər ki, Türkiyənin hücumunu hərtərəfli bir müharibəyə çevirəcəklər.
Bəzi mənbələrin bildirdiklərinə görə, bu hücumda indiyə kimi 270 nəfərdən çox insan öldürülübdür.