ABŞ Bağdaddakı səfirliyinin bir sıra işçilərini bu şəhərdən çıxarır
https://azeri.sahartv.ir/news/dünya-i355000-abŞ_bağdaddakı_səfirliyinin_bir_sıra_işçilərini_bu_şəhərdən_çıxarır
ABŞ qüvvələrinin Həşdüş-Şəəbinin mövqelərinə qarşı hücumundan sonra bu ölkənin Bağdaddakı səfirliyinin əməkdaşlarından bir qrupu bu şəhərdən çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2019 13:24 Asia/Baku
  • ABŞ Bağdaddakı səfirliyinin bir sıra işçilərini bu şəhərdən çıxarır
    ABŞ Bağdaddakı səfirliyinin bir sıra işçilərini bu şəhərdən çıxarır

ABŞ qüvvələrinin Həşdüş-Şəəbinin mövqelərinə qarşı hücumundan sonra bu ölkənin Bağdaddakı səfirliyinin əməkdaşlarından bir qrupu bu şəhərdən çıxarılıb.

İRNA-nın məlumatına görə, ABŞ bazar günü axşam Bağdaddakı səfirliyinin onlarla işçisini şəhərdən çıxarıb və bu səfirlikdə sarı həyəcan siqnalı verilib.

ABŞ-ın İraqda iki əsas bazası sayılan, Əl-Anbar və Kərkük vilayətlərində yerləşən Eynul-Əsəd və K-One bazaları tam hazır vəziyyətə gətirilib.

ABŞ-ın dronları bazar günü axşam İraq-Suriya sərhəddi yaxınlığında yerləşən Əl-Qaim şəhərində Həşdüş-Şəəbi qüvvələrinin 45 və 46 nömrəli briqadalarına hücum edib ki, nəticədə azı 25 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Əl-Anbar vilayətində yerləşən Həşdüş-Şəəbinin əməliyyat qüvvələrinin komandiri Qasim Müslih ABŞ və Sionist rejimin bu hücumlardan məqsədlərini İraq xalq səfərbər qüvvələrini zəiflətmək adlandırıb.

İraq rəsmiləri və siyasi qrupları da ABŞ-ın Həşdüş-Şəəbi qüvvələrinin mövqelərinə hücum etməsini qınayıb və onu bu ölkənin süverenliyinin pozulması kimi qiymətləndiriblər.

ABŞ və Sionist rejim İraq xalq səfərbər qüvvələrinin terrorçular qarşısında qələbələrindən sonra bu qüvvələrə təzyiqlərini artırıblar.