Yan 11, 2020 17:02 Asia/Baku
  • Cənubi Koreya ABŞ-ın İrana qarşı birləşmə təklifini rədd edib

Cənubi Koreyanın xarici işlər naziri ölkəsinin ABŞ-a görə İrandan əl çəkməyəcəyini bidirərək, Hörmüz Boğazına hərbi qüvvə göndərməyə dair Vaşinqtonun tələbini rədd edib.

Bu məlumatı Cənubi Koreyanın Yonhap xəbər agentliyi yayıb. Məlumata əsasən, Cənubi Koreyanın xarici işlər naziri Kan Qyon Xva yanvarın 11-də qeyd edib ki, ölkəsi ABŞ-ın müttəfiqi olduğu üçün ABŞ-ın bütün istəkləri o cümlədən Hörmüz Boğazı ilə bağlı istəkləri ilə razılaşa bilməz. 

Cənubi Koreyanın xarici işlər naziri parlamentarilərin qarşısında ölkəsinin yaxın şərq ilə bağlı məsələlərdə baxış açısı və strategiyasının ABŞ-la fərqli olduğunu bəyan edib və vurğulayıb ki, Cənubi Koreya İran ilə uzunmüddətli və geniş əlaqələrə malikdir və hazırda da onu davam etdirməyə çalışır.

Rəsminin sözlərinə görə, Hörmüz Boğazı çox həssas və əhəmiyyətli bölgədir və bütün dünya neftinin altıdan bir hissəsini istehsal edir.

O, bu sözləri iki gün öncə ABŞ-ın Cənubi Koreyadakı səfiri Hari Hərisin sözlərinə reaksiyada deyib . Hari Həris ümidvarlıq etmişdi ki , yaxın şırqdə gərginliklərin artmasından sonra Cənubi Koreya Hörmüz Boğazına hərbi qüvvə göndərməklə razılaşacaq.

 

Teqlər