Cənubi Koreyada koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub
https://azeri.sahartv.ir/news/dünya-i358187-cənubi_koreyada_koronavirusla_bağlı_fövqəladə_vəziyyət_elan_olunub
Cənubi Koreya prezidenti koronavirusun bu ölkədə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2020 16:52 Asia/Baku
  • Cənubi Koreyada koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub
    Cənubi Koreyada koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub

Cənubi Koreya prezidenti koronavirusun bu ölkədə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

"Associated Press"-ın Seul bürosunun məlumatına görə, Mun Cae İn fevralın 23-də koronavirusun yayılması ilə bağlı bu ölkədə fövqəladə vəziyyət elan edib və onunla mübarizə aparmaq üçün məsul şəxslərin ciddi və misli görünməmiş tədbirlər həyata keçirməli olduqlarını vurğulayıb.

Mun Cae İn əlavə edib: "Bu infeksiyanın yayılması həssas mərhələyə çatıbdır və yaxın bir neçə gün son dərəcə əhəmiyyətli günlərdir".

Cənubi Koreya rəsmiləri bazar günü daha 123 nəfərin bu xəstəliyə yoluxmasını təsdiq edərək, ölkədə koronavirusa yoluxanların ümumi sayını 556 nəfər elan ediblər.

Cənubi Koreyada bazar günü koronavirus səbəbindən 5-ci ölüm hadisəsi qeydə alınıb ki, bu son 24 saat ərzində ikinci ölüm hadisəsidir.