Mart 04, 2020 20:43 Asia/Baku
  • Çində koronavirus xəstələrinin əksər hissəsi müalicə olunub
    Çində koronavirus xəstələrinin əksər hissəsi müalicə olunub

Çin milli səhiyyə komissiyasının sözçüsü deyib ki, bu ölkənin mərkəzində yerləşən Hubey əyaləti çıxılmaqla, bütün bölgələrdə xəstələrin 87 faizindən çoxu sağalıbdır.

Mi Fen bu gün bir mətbuat konfransında deyib ki, Uhanda, Hubeydə və bütün ölkədə koronavirusdan xilas olan şəxslərin faizi ötən 19 gündə artmaqda olubdur.

Çin rəsmiləri dünən xaricdə olan çinlilərdən istəyiblər ki, koronavirus epidemiyasına görə, öz səfər proqramlarından vaz keçsinlər və ya bu səfərlərin sayını azaltsınlar.

Çin milli səhiyyə komissiyası həmçinin xəbər verib ki, keçən sutka ərzində bu ölkədə KOVİD-19(COVID-19)-a yoluxmuş 31 nəfər ölüb və tələfatın sayı 2945 nəfərə çatıbdır.

Bu komissiyanın bildirdiyinə görə, yoluxanlardan bütövlükdə 47204 nəfər müalicədən sonra xəstəxanalardan tərxis olunub və hazırda xəstəxanalarda azı 40651 nəfər müalicə kursu keçməkdədir.

 

ÇİNDƏ COVID-19 XƏSTƏLƏRİNİN ƏKSƏR HİSSƏSİ SAĞALIB

Teqlər