Apr 11, 2020 12:42 Asia/Baku
  • Fransada 13 mindən çox insan COVID-19-dan həyatını itirib
    Fransada 13 mindən çox insan COVID-19-dan həyatını itirib

Fransada koronavirusdan həyatını itirənlərin sayı 13 min 197 nəfərə çatıb.

Fransa səhiyyə nazirliyinin sağlamlıq şöbəsinin müdiri Jerom Salomon dünən axşam bir mətbuat konfransında bu ölkədə koronavirus nəticəsində 13 min 197 nəfərin həyatını itirdiyini bildirib.

Onun sözlərinə görə, martın birindən bəri bu şəxslərin 8598 nəfəri xəstəxanada vəfat edib. Onların səksən faizinin yaşı, 70-dən yuxarı olubdur.

Salomon bildirib ki, Fransa öldürücü bir pandemiya ilə çarpışır. O, bu xəstəliyin miqyasını taysız adlandırıb.

O, söhbətinin digər bir hissəsində Fransada 9676 yeni koronavirus xəstəsinin qeydə alındığını bildirib. Bu da öncəki gün ilə müqayisədə 4342 nəfər çoxdur.

Fransada koronavirusa yoluxanların ümumi sayı, 124 min nəfəri ötüb keçibdir.

FRANSADA 13 MİNDƏN ÇOX İNSAN COVID-19-DAN VƏFAT EDİB

 

Teqlər