Britaniyada son sutkada 464 nəfər koronavirusdan ölüb
May 07, 2020 18:30 Asia/Baku
Britaniyada Covid-19 virusuna yoluxaraq həyatını itirənlərin sayı artıb.
Böyük Britaniyada son sutka ərzində 464 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
SəhərAzəri xəbər verir, APA-nın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 30 540 nəfərə çatıb.
Bildirilib ki, ölənlərin yaşı 28-100 aralığında dəyişir.
Britaniyada indiyədək 200 000-dən çox şəxs virusa yoluxub.