May 08, 2020 08:50 Asia/Baku
  • Dünyada son sutkada koronavirusdan 6539 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə son sutkada koronavirusdan 6539 nəfər ölüb.

Dünyada son 24 saat ərzində 83465 nəfər yeni növ koronavirusa yoluxub, 6539 nəfər ölüb. Beləliklə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının ümumi sayı 3672 238-ə, ölənlərin sayı isə 254045 nəfərə çatıb.

SəhərAzəri APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə istinadən bildirir, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, hazırda yoluxma hallarının əksəriyyəti hələ də Avropa məkanında qeydə alınıb - 1542829.

 

Teqlər