May 30, 2020 01:18 Asia/Baku
  • Putin Qələbə Paradının iyunun 24-də keçirilməsi haqqında sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.

SəhərAzəri - APA kommersant.ru-ya istinadən xəbər verir ki, sərəncama əsasən, 24 iyun tarixi, həmçinin, qeyri-iş günü elan edilib.

 Moskva vaxtı ilə 10:00-da Qızıl Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq keçiriləcək.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı. Lakin ölkə prezidenti yubiley paradının daha sonra "geniş və təntənəli şəkildə" qeyd edəcəyinə söz vermişdi.

 

 

Teqlər