İyun 14, 2020 13:32 Asia/Baku
  • Co Bayden Trampla bağlı xəbərdarlıq edib

ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd olan Co Bayden Trampın hakimiyyətdə qalacağı təqdirdə ölkəsinin taleyində əsaslı dəyişikliklərin baş verəcəyi haqda xəbərdarlıq edib.

SaharAzeri xəbər verir, "Gənc Jurnalistlər Klubu"nun məlumatına görə, Co Bayden öz tvitter hesabında yazıb: "Seçki kampaniyasının əvvəlindən bu xalqın ruhu uğrunda mübarizə apardığımızı bildirdim və bu gün bu məsələ hər zamankından daha doğrudur".

"Əgər Trampa Ağ Evdə daha səkkiz il qalmaq şansı versək, bu xalqın taleyi əsaslı şəkildə dəyişikliyə məruz qalacaqdır",- deyə C.Bayden qeyd edib.

Bayden daha əvvəl də Trampın seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyəti təhvil verməkdən imtina edəcəyilə bağlı demişdir ki, elə olduğu halda Trampı Ağ Evdən çıxarmaq üçün ordu gücündən istifadə olunacaq. 

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda seçkilrədə məğlub olma ehtimalından danışıb və deyib ki, qalib gəlməsəm, başqa işlərlə məşğul olacağam.

ABŞ prezident seçkilərinin keçirilməsi elə bir halda gələn noyabr ayının üçünə planlaşdırılıb ki, bu ölkə misli görünməmiş iki böhran yəni koronavirus və anti-rasizm etirazları böhranları ilə üz-üzədir.

 

 

 

Teqlər