Çin ABŞ-dan ət idxalını dayandırıb
https://azeri.sahartv.ir/news/dünya-i363556-Çin_abŞ_dan_ət_idxalını_dayandırıb
Çin hökuməti koronavirus səbəbindən ABŞ-dan ət idxalını dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2020 03:50 Asia/Baku
  • Çin ABŞ-dan ət idxalını dayandırıb

Çin hökuməti koronavirus səbəbindən ABŞ-dan ət idxalını dayandırıb.

SəhərAzəri xəbər verir, Çin baş gömrük idarəsi bazar günü bir bəyanatda belə bir qərarın səbəbini Amerikanın «Tayson» yeyinti sənayesi şirkətinin işçilərindən bir qrupunun koronavirusa yoluxması elan edibdir.

Çin keçən həftə də «Tayson» şirkətinin yüzlərlə alman fəhləsi arasında koronavirusun yayılmasının ardınca donuz əti daxil olmaqla ət məmulatlarının idxalatını dayandırmışdı.

Koronavirus pandemiyasından sonra Çin xarici ət məhsullarının idxalatına nəzarəti artırıbdır.

Pekin şəhəri koronavirus barədə heç bir halın elan olunmadığı 55 gündən sonra son zamanlar bu virusun epidemiyasından xəbər verib.

Ötən on gündə bu şəhərdə həmin xəstəliyə yoluxanların sayı təqribən 220 nəfərə çatıbdır.

Tayson, transmilli bir şirkət olaraq, ət və toyuq satışı və paylanması sahəsində fəaliyyət göstərir və hazırda Amerikada ən böyük ət ixracatçısı hesab olunur.