ABŞ polisi Ağ Ev qarşısında etirazçılara hücum edib
ABŞ polisi Ağ Ev qarşısında irqçiliyi qarşı aksiya keçirənlərə hücum edib.
SəhərAzəri xəbər verir,ABŞ-ın paytaxtı Vaşinqtonnun şəhər polisi dünən Ağ Ev qarşısında keçirilən anti-rasiz aksiyalarına hücum edərək, etirazçılarla toqquşub.
Bu etirazçılar Ağ Ev yaxınlığında "Lafayt" meydanında çadırlar qurmuşdular.
İrqçiliyə qarşı etirazçılar 19-cu əsrdə ABŞ prezidenti olmuş Endryu Ceksonun heykəlini aşırmaq istəyiblər.
ABŞ prezidenti Donald Tramp bu etirazlara reaksiyada deyib: "Etirazçılara Vaşinqton şəhərində müxtar bölgə yaratmaq icazəsi verməyəcək və onlara qarşı güc tətbiq edəcək".
son günlər nümayişçilər ABŞ-da quldarlıq dövründəki şəxsiyyətlərin heykəllərini dağıdıblar.
ABŞ-ın müxtəlif şəhərləri, xüsusilə Minneapolis şəhəri bir ay əvvəldən polisin irqçi davranışına qarşı etiraz aksiyalarının şahididir
Mayın 25-də afroamerikalı vətəndaş Corc Floyd Minneapolis şəhərində ağdərili bir polis zabiti tərəfindən qətlə yetirilib.
Bu cinayət xalqın hiddətinə səbəb olub.
Lakin polis və təhlükəsizlik qüvvələri bu ölkə prezidentinin göstərişi əsasınd, xalq etirazlarını repressiya edirlər.
Son həftələrdə ABŞ-da keçirilən aksiyalarda minlərlə insan yaralanıb və ya həbs edilib.