İyun 24, 2020 18:11 Asia/Baku
  • Trampın ailə daxili problemi kəskinləşir

ABŞ prezidentinin ailəsi onun qardaşı qızına qarşı ittiham qaldıraraq, kitabının nəşr olunmasına və yeni ifşaçılıqların yayılmasına mane olmaq niyyətindədirlər.

SəhərAzəri CNN-ə istinadla xəbər verir, ABŞ prezidenti Donald Trampın ailəsi onun qardaşı qızı "Meri Tramp"dan şikayət edərək, onun ifşaedici kitabının nəşr edilməsini əngəlləmək istəyirlər.

ABŞ prezidentinin kiçik qardaşı "Robert.S.Tramp" öz ərizəsində "Meri Tramp"ın gizli məlumatların ifşa edilməməsinə dair razılaşmanı pozduğunu iddia edib.

Sözü gedən razılaşma neçə il əvvəl Tramp ailəsinin mirasının  bölünməsi zamanı imzalanıb. 

"Meri Tramp"ın Kitabı "Çox və Yetərsiz; Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı" adlanır və yaxın ayda nəşr olunacağı gözlənilir.

Meri Trampın ifşaçılıqlarından biri Donald Trampın vergi fırıldağçılığına dair hazırlanan hesabatda rolunun olmasıdır eləcə Donald Trampın, atası Fred Trampa məxsus tikinti şirkətindən 400 milyon dollar almasının üzə çıxmasında da o birbaşa rol oynamışdır.  

Meri Trampın kitabı elə bir halda nəşr olunacaq ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton Tramp haqqında yenicə ifşaedici bir kitab nəşr edib.

Ağ Ev rəsmiləri bu açıqlamaların cari ildə keçiriləcək ABŞ prezident seçkilərinə mənfi təsirləri ilə bağlı narahatlıq ifadə ediblər

Teqlər