İyul 09, 2020 09:28 Asia/Baku
  • Tramp 99% yalançıdır

ABŞ konqresinin nümayəndələr palatasının maliyyə xidmətləri komitəsinin sədri Trampı yalançı adlandırıb və belə deyib: Onu Ağ Ev-dən qovacağıq.

SaharAzeri xəbər verir, Maksin Uaters çərşənbə günü tvitter səhifəsində yazıb: Prezident Donald Tramp deyibdir ki, COVİD-19 hallarının 99 faizi zərərsizdir. Tramp 99% yalançıdır.

Uaters sonra vurğulayıb: Tramp öncə bu virusu bir yalan adlandırdı. Sonra Amerika xalqına dedi ki, dezinfeksiyaedici maddələri içsin. Daha sonra isə dedi ki, o, itib gedəcəkdir.

Uaters Trampın maskadan istifadə etməməsinə reaksiyada yazıb: Səhiyyə rəsmilərinin tövsiyələrinə rəğmən, Donald Tramp ictimai məkanlarda və öz seçki kampaniyalarında maskadan istifadə etməyə hazır deyil.

Donald Tramp Amerikada koronavirus pandemiyası ilə bağlı idarəçilik tərzinə görə, tənqid olunur.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Teqlər