dünyada son sutkada korona virusa yoluxmada rekord
https://azeri.sahartv.ir/news/dünya-i364432-dünyada_son_sutkada_korona_virusa_yoluxmada_rekord
Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2020 05:29 Asia/Baku
  • dünyada son sutkada korona virusa yoluxmada rekord

Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

SəhərAzəri - APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib. 

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.