İyul 22, 2020 15:15 Asia/Baku
  • Ağ Ev Çindən Hyustondakı konsulxanasını boşatmasını istəyib

Amerikanın Çinə qarşı təzyiqi artırmaq üzrə səylərinin davamında Vaşinqton Pekindən istəyibdir ki, Texas ştatının Hyuston şəhərində yerləşən konsulxanasını 72 saat ərzində bağlasın.

SəhərAzəri xəbər veriri, Yerli mənbələr Hyuston polisinə istinadla çərşənbə axşamı günü gecə Çin konsulxanası binasının həyətində yanğının baş verməsindən xəbər vermişdilər. İddialara görə, bu yanğın sənədlərin çinli diplomatlar tərəfindən binanın açıq ərazisində yandırılması ilə bağlı olubdur.

Ötən aylar ərzində Amerika Çinlə mübarizə aparmaq üçün Pekinə qarşı tədbirlər məcmuməsini gündəmə gətiribdir.

Tariflərin artırılması və ticarət savaşı; Huavey daxil olmaqla iri çinli şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi, Tayvanla əməkdaşlıqların gücləndirilməsi, amerikan hərbi gəmilərin Cənubi Çin dənizində geniş iştirakı, koronavirus sahəsində Pekin əleyhinə ifadələrin işlənməsi, Ağ Ev-in Pekinə qarşı təzyiqlərin artırılması strategiyası istiqamətindəki son cəhdlərindən olubdur.

Teqlər