Tramp: "ABŞ tez bir zamanda Əfqanıstanı tərk edəcək"
İyul 31, 2020 23:26 Asia/Baku
ABŞ yaxın gələcəkdə qoşunlarını Əfqanıstandan çıxarmağı planlaşdırır.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu ABŞ prezidenti Donald Tramp öz açıqlamasında bildirib.
“Tez bir zamanda Əfqanıstandan çıxacağıq”, - deyən amerikalı lider Ağ Evdə tədbir zamanl vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo da bu həftə verdiyi açıqlamalarının birində radikal “Taliban” hərəkatı ilə bağlanmış sülh müqaviləsinin bir hissəsi olaraq, nəhayət ki, Vaşinqtonun gələn ilin may ayında Əfqanıstandan çıxmaq niyyətində olduğunu deyib.