Rusiya ABŞ-ın İrana qarşı yeni sanksiya həmləsini pisləyib
https://azeri.sahartv.ir/news/dünya-i366269-rusiya_abŞ_ın_İrana_qarşı_yeni_sanksiya_həmləsini_pisləyib
Rusiya ABŞ-ın İrana qarşı sabiq beynəlxalq sanksyaları bərpa etmək səylərini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 21:25 Asia/Baku
  • Rusiya ABŞ-ın İrana qarşı yeni sanksiya həmləsini pisləyib

Rusiya ABŞ-ın İrana qarşı sabiq beynəlxalq sanksyaları bərpa etmək səylərini pisləyib.

SəhərAzəri xəbər verir, Russia Today Portalı xəbər verir: Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov ABŞ-ın son günlərdə İrana qarşı sabiq beynəlxalq sanksiyaları işə salmaq istiqamətindəki addımlarına toxunaraq bu addımların pisləyib. 

O bildirib ki, Rusiya dövləti ABŞ-ın İrana qarşı tətik mexanizmini işə salmqla bağlı cəhdlərini pisləyir və onu bihudə addım hesab edir.

Rıbakovun sözlərinə görə ABŞ-ın Rusiya və Çinə İranla bağlı əlaqələrə görə ünvanladığı təhdidlərə baxmayaraq rəsmi Tehranla əməkdaşlıq davam etdiriləcək.

Qeyd edək ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxandan sonra İrana qarşı silah enbarqosunun uzadılması məsələsini qaldırıb, lakin bu işdə müvəffəq ola bilməyib. Ötən həftə Avropa Birliyi də ABŞ-ın İrana qarşı silah enbarqosu cəhdindən sonra, tətik mexanizmindən istifadə etmək çabalarını qınayıb və onu əsassız hesab edib.