Mənsur Hadiyə bağlı hərbçi: Yəmən ordusu adlı bir şey yoxdur
Mənsur Hadiyə bağlı hərbçi: Yəmən ordusu adlı bir şey yoxdur
Avq 22, 2020 19:27 Asia/Baku
Mənsur Hadiyə bağlı bir hərbi komandan istefada olan hökumətin tabeliyində ordu adında bir şeyin olmadığını dedi.
Yəmənin istefada olan hökumətinə bağlı 6-cı hərbi məntəqənin sözçüsü Abdullah Əl-Əşrəf istefada olan hökumətlə bağlı önəmli məqamı ifşa edib.
Abdullah Əl-Əşrəf Facebook səhifəsində yazıb: Yalançı hərbi məntəqələr və ordu adında bir şey yoxdur. Hazırda Məarib vilayətində cəbhə bölgəsində savaşanlar yerli tayfalar və qəbilələrdirlər.
Əl-Əşrəf həmçinin yazıb: Milli ordu adlandırılacaq şey xəyaldan başqa bir şey deyil.