Çin:
Vaşinqton "Tətik" mexanizmini işə salmağa qadir deyil
Çin-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi ABŞ-ın Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etmək iqtidarında olmadığını dedi.
Səhər Azəri bildirir ki, Çin-in AEBA-dakı nümayəndəliyi bütün müxalifətlərə rəğmənVaşinqtonun İran əleyhinə "Tətik" mexanizmini işə salacağı iddiasını həqiqətdən uzaq adlandırıb.
Bu məlumata görə, Çin-in AEBA-dakı nümayəndəliyi öz Tvitter hesabında paylaşdığı yazıda bildirib: ABŞ iddia edir ki, İran əleyhinə sanksiyaların azaldılması müddətinin uzadılmasına dair qətnamənin irəli sürülməsi və ya sürülməməsindən asılı olmayaraq, sanksiyaları bərpa edəcək. Bu bir ağ yalandır.
2018-ci ildə ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxdığına işarə edən Çin Vaşinqtonun "Tətik" mexanizmindən istifadə səlahiyyətini itirdiyini vurğulayıb.
BMT TŞ-nin 13 üzvü də ABŞ-ın "Tətik" mexanizmindən istifadə haqqına və iqtidarına malik olmadığı qənaətindədir.