Çində həqiqəti söyləyənlər məhv edilir
https://azeri.sahartv.ir/news/dünya-i366656-Çində_həqiqəti_söyləyənlər_məhv_edilir
ABŞ dövlət katibi Çin hökumətini Honq Konqda azadlıqları pozmaqda ittiham etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 12:32 Asia/Baku
  • Çində həqiqəti söyləyənlər məhv edilir

ABŞ dövlət katibi Çin hökumətini Honq Konqda azadlıqları pozmaqda ittiham etdi.

Səhər Azəri bildirir ki, Mayk Pompeo bir daha Çin hökumətini yalançılıqda və COVİD-19 virusunun yayılmasına dair həqiqətləri gizlətməkdə ittiham etdi. 

Mayk Pompeo ABŞ Dövlət Departamentinin Tvitter hesabında paylaşılan yazıda bildirib: Çin Kommunist Partiyası yalan söyləyir və həqiqəti söyləyənlər məhv edilir. Uhandan başlayan koronavirus infeksiyası sürətlə hər yerə yayıldı. Ciddi zərər və ziyanlara səbəb oldu. Çünki, Çinin Kommunist Partiyası bu xüsusda həqiqətləri gizlətdi. 

M.Pompeo daha sonra Honq Konq hadisələrini bir tragediya adlandırdı və dedi: İnsan haqlarının kobud şəkildə pozulmasının şahidi olduq.